Futbol üzrə Niderland Erediviziyasında 2021/22 mövsümünün qalibi bəlli olub. Matc.az xəbər verir ki, turda evdə "Herenven"i 5:0 hesabı ilə darmadağın edən "Ayaks" vaxtından əvvəl qızıl medallara sahib çıxıb. 
 
Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnib.
 
Qeyd edək ki, PSV (78 xal) gümüş, "Feyenoord" (71 xal) isə bürünc medalların sahibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest