İtaliyanın "Yuventus" klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq. Matc.az xəbər verir ki, Turin təmsilçisi son olaraq İtaliya kubokunun finalında "İnter"ə 2:4 hesabı ilə uduzub.
 
"Qoca sinyora" sonuncu dəfə 2010/11 mövsümündə eyni aqibətlə üzləşib.
 
"Yuventus" UEFA çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Vilyarreal"ına iki oyunun nəticəsinə əsasən məğlub olub - 1:1, 0:3. Komanda A Seriyasında 36 oyundan sonra 69 xalla 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest