Futbol üzrə Şotlandiya çempionatında bu mövsümün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Seltik" cari mövsümün ən güclüsü olub.
 
Komanda pley-offda "Dandi Yunayted"lə heç-heçə edib – 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən "Seltik" çempionatın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib.
 
Beləliklə, komanda tarixində 52-ci dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest