Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Sumqayıt" - "Qarabağ" görüşü Xorvatiya mətbuatının gündəminə düşüb. Matc.az saytı xəbər verir ki, "Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin 20-ci dəqiqədə vurduğu qol onun həmyerlilərinin təəccübünə səbəb olub.

Məsələ burasındadı ki, Ozobiçin zərbəsindən sonra top toru yararaq qapını tərk etmiş və bu hal hakimləri çaşdırmışdı. Xorvatiya KİV-də həmin epizodla bağlı bunlar qeyd olunub: "Sabiq "Hayduk"lunun qolu zamanı dünya futbolunda nadir baş verən hadisələrdən biri yaşandı. Top çərçivədən kənara çıxdı və ciddi müzakirə mövzusuna çevrildi. Hakim əvvəlcə qolu saymaq istəmirdi. Ancaq sonradan düzgün qərar verdi".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu ağdamlıların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest