"Qarabağ" FK və Kevin Medina arasında bağlanmış müqavilənin müddəti uzadılıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
 
Yeni razılaşmaya əsasən, kolumbiyalı müdafiəçi 2025-ci il iyunun 30-dək bu komandada çıxış edəcək.
 
Kevin Medina 2020-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest