"Tik-Tok" sosial şəbəkəsi bu il İngiltərədə qadınlar arasında keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olub. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qitə futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək. Aç-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq.
 
Qeyd edək ki, Avropa çempionatı 6-31 iyulda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest