Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk növbəti oyunu da buraxacaq. Matc.az Plotsk klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano bildirib.
 
45 yaşlı məşqçi Krivotsyukun zədə səbəbindən mayın 13-də "Krakoviya" ilə 33-cü tur matçına da çıxmayacağını söyləyib. Polşalı baş məşqçi futbolçunun matça yüz faiz hazır olmadığını bildirib.
 
"Visla" 32 oyundan 45 xalla 6-cı pillədə qərarlaşıb.
 
Krivotsyuk son olaraq aprelin 16-da "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxıb. 24 yaşlı müdafiəçi bu matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və növbəti turda Krakov "Visla"sı ilə oyunu da buraxmalı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest