Niderlandın "Ayaks" komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisini yeni mövsümdən hazırda Belçika "Brügge"sinin sükanı arxasında olan Alfred Şröder çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Niderlandlı baş məşqçi bu postda İngiltərənin "Mançester Yunayted" klubuna keçən Erik ten Haqı əvəzləyib.
 
Xatırladaq ki, Alfred Şröder 2018/19 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest