İngiltərənin "Nyukasl" klubunun yeni mövsüm üçün səfər forması Səudiyyə Ərəbistanı milli komandasının formasına uyğun hazırlanacaq. Matc.az xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdə olacaq.
 
Komanda ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.
 
"Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest