Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk komanda məlum olub. Matc.az xəbər verir ki, "Arsenal" (Tula) komandası aşağı liqaya düşüb.
 
Tula təmsilçisi 29-cu turda "Ufa"ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb. Azərbaycanlı futbolçu Ayaz Quliyev də bu matçın iştirakçısı olub. "Arsenal"ın yarımmüdafiəçisi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
 
"Arsenal" növbəti mövsümdə Milli Futbol Liqasında (FNL) çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest