Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Bandırmaspor"a qarşı 1-ci liqanın 37-ci tur matçında iştirak edib.
 
Oyun Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Matça start heyətdə başlayan Ələləskərov 63-cü dəqiqədə əvəzlənib.
 
"Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest