Bu gün Almaniya Bundesliqasında 34-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, 34-cü tur Bundesliqada cari mövsümün son turu olub. Bir gün ərzində keçirilən bütün oyunlar eyni saatda start götürüb.

çempionluğu təmin edən "Bayern" bu turda "Volfsburq"la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İkinci pillədəki "Borussiya" isə Dortmundda "Herta"nı sınağa çəkib və qalib gəlib.

Son turun nəticələrindən sonra əsas Bundesliqanı tərk edən daha bir klub müəyyənləşib. Bu, "Arminiya"dır. Komanda Bundesliqanın sonuncu turunda "Leyptsiq"lə 1:1 heç-heçə edib. Bu nəticədən sonra "Arminiya" çempionatı 28 xalla 17-ci pillədə başa vurub. 33 xalla 16-cı yeri tutan "Herta" isə elitada qalmaq üçün pley-offda oynayacaq.

Qeyd edək ki, bundan əvvəl sonuncu yerdə olan "Qroyter"in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.

çempion "Bayern"lə yanaşı, əsas izləyiciləri Dortmund "Borussiya"sı, "Bayer", və "Leyptsiq" UEFA çempionlar Liqasına vəsiqə qazanıb. "Union Berlin"lə "Frayburq" Avropa Liqasına, 7-ci olan "Köln" isə Konfrans Liqasına vəsiqə qazanıb.

Almaniya Bundesliqası
34-cü tur
14 may

Arminiya – Leyptsiq 1:1
Qol: Serra, 70 – Orban, 90+3.

Auqsburq – Qroyter 2:1
Qol: Kaliciuri, 11. Qreqoritş, 84 – Nqankam, 24.

Bayer – Frayburq 2:1
Qol: Alario, 54. Palasios, 90+7 – Haberer, 88.

Borussiya (Dortmund) – Herta 2:1
Qol: Haland, 68-pen. Mukoko, 84 – Belfodil, 18-pen.

Borussiya (Mönxenqladbax) – Hoffenhaym 5:1
Qol: Ştindl, 26. Plea, 44. Hofmann, 45+1; 68. Embolo, 53 – Kramariç, 3.

Volfsburq – Bayern 2:2
Qol: Vind, 45. Kruse, 58 – Stanişiç, 17. Levandovski, 40.

Maynts – Ayntraxt 2:2
Qol: İnqvartsen, 10; 49 – Tuta, 26. Borre, 35.

Union Berlin – Bohum 3:2
Qol: Promel, 5. Avoniyi, 25; 88 – Zoller, 55. Louen, 79.

Ştutqart – Köln 2:1
Qol: Kalaydziç, 12. Endo, 90+2 – Modeste, 59.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest