Bu gün "ASK Arena"da AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib.

Bu gün "ASK Arena"da AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib. Matc.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda "Cəbrayıl" və "Qusar" komandaları qarşılaşıb.
 
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən "Cəbrayıl" komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, sabah saat 16:00-da "ASK Arena"da digər yarımfinal oyununda  "Xan Lənkəran" və "Araz" (Naxçıvan) komandaları qarşılaşacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest