Futbol üzrə Portuqaliya çempionatında mövsümə yekun vurulub.

Futbol üzrə Portuqaliya çempionatında mövsümə yekun vurulub. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda "Boavişta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.
 
"Tondela" 34 turda topladığı 28 xalla 18 kollektiv arasında 17-ci yeri tutub və aşağı liqaya düşüb. Millimizin hücumçusu geridə qalan mövsümdə Portuqaliya çempionatında meydana çıxdığı 30 oyunda cəmi 2 qol vurmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest