"Azarkeşlər maraqlı görüş izlədi. Ən yaxşı oyunlarımızdan birini keçirdik. İki top buraxmışıqsa, səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir".

"Azarkeşlər maraqlı görüş izlədi. Ən yaxşı oyunlarımızdan birini keçirdik". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Turnir cədvəlində 3-cü pillədə qərarlaşan komanda Premyer Liqanın XVI turunda öz meydanında "Zirə"yə 0:2 hesabı ilə yenilib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: "İki top buraxmışıqsa, səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir. Bəzən yaxşı oyunla da qələbə qazanmamaq olur. Əksinə, oyun planında istədiklərini edə bilməyib, qalib gəlməyin də mümkündü. Konsentrasiya üzərində dayanmalıyıq. Görünür, hardasa boşluğa yol vermişik. "Səbail" yeni klubdu. Keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq üçün zamana ehtiyacımız var".

Baş məşqçi matçın sonlarında qırmızı vərəqə alan müdafiəçi Elvin Yunuszadəni cəzalandırmayacaqlarını əlavə edib: "Elvinin ikinci sarı vərəqə alması yaxşı olmadı. Təzyiqi artırmışdıq, diqqətli olmalıydı. Onu klubdaxili cəza gözləmir. Adi oyun epizodu idi. Sadəcə, həmin mövqedə futbolçumuz olmadığından, təəssüflənirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest