Region Liqasının yarımfinal mərhələsinin "Xan Lənkəran" – "Araz Naxçıvan" oyununun nəticəsi ləğv edilib. Matc.az xəbər verir ki, bu barədə qərarı AFFA İntizam Komitəsi verib.
 
Buna səbəb Naxçıvan klubunun meydana peşəkar futbolçular buraxması olub. Belə ki, Orxan Əliyev və Elməddin Məmmədov lənkəranlılarla qarşılaşmada iştirak edib. Bu üzdən komitə rəqibini 2:1 hesabı ilə məğlub edərək finala adlayan "Araz Naxçıvan"a texniki məğlubiyyət (0:3) verib.
 
Bu da o deməkdir ki, finalda "Cəbrayıl"ın rəqibi "Xan Lənkəran" olacaq. Həmin görüş mayın 20-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest