"Zirə"nin yarımmüdafiəçisi Brayan Alseus Haiti millisinə dəvət alıb

"Zirə"nin yarımmüdafiəçisi Brayan Alseus Haiti millisinə dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Haiti Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı futbolçu KONKAKAF Milli Liqasında Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək oyunlar üçün yığmaya cəlb olunub.
 
Qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də baş tutacaq.
 
Alseus bu ilin əvvəlindən "Zirə"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest