Futbol üzrə Fransa çempionatında 2021/22 mövsümünün ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, mövsümün ən yaxşısı PSJ-nin hücumçusu Kilian Mbappe olub.
 
23 yaşlı futbolçu bununla da ardıcıl üç ildir ki, Liqa 1-də mövsümün ən yaxşısı seçilir.
 
Mbappe bu mövsüm Liqa 1-də meydana çıxdığı 34 oyunda 25 qola imza atıb, 17 məhsuldar ötürmə edib. Bununla da o, həm də mövsümün ən məhsuldar futbolçusu olub.
 
Liqa 1-də mövsümün ən yaxşı gənc futbolçusu Uilyam Saliba ("Olimpik", Marsel), ən yaxşı qapıçısı Canluici Donnarumma (PSJ), ən yaxşı baş məşqçisi isə Bruno Genesio ("Renn") seçilib.
 
Sonda onu da xatırladaq ki, Mbappenin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq. Paris təmsilçisi ilə müqaviləni yeniləməyən fransalı forvardın karyerasını Madrid "Real"ında davam etdirməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest