Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün yoxlama oyunu keçirib.

çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Bakı "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
 
Millimizin heyətində Ramil Əliyev fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 5:4 hesablı qələbə qazanıb.
 
Litva millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 20-də və 21-də daha iki oyun keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest