Futbol üzrə Latviya çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Riqa" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.
 
Şakirlə Asim də bu görüşün iştirakçısı olublar. Asim start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Şakir isə 76-cı dəqiqədə meydana buraxılıb.
 
"Dauqavpils" Şakiri "Sabah"dan, Asimi isə "Neftçi"dən icarəyə götürüb.
 
Yeri gəlmişkən, Latviya çempionatında çıxış edən digər azərbaycanlı futbolçu – Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da bu turda "Spartak"la qarşılaşıb. Futbolçumuzun komandası doğma meydanda 0:3 hesablı məğlubiyyətlə üzülüb. Millimizin sabiq hücumçusu bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
 
"Dauqavpils" 14 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı, "Super Nova" isə 4 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest