AFFA-nın təşkilatçılığı ilə mayın 21-də Zaqatalada, mayın 22-də isə Mingəçevirdə 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək. Matc.az xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Şimal-Qərb regionu üzrə 5 komanda, Mingəçevir şəhər stadionunda təşkil olunacaq yarışda Qərb regionu üzrə isə 9 komanda mübarizə aparacaq.
 
Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.
 
Qeyd edək ki, ilk olaraq Bakı şəhərində təşkil olunan turnirin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest