"Real"ın baş məşqçisi Karlo Ançelotti İskonun mövsümün sonunda komandadan ayrılacağı barədə məlumatlara aydınlıq gətirib. Matc.az xəbər verir ki, Ançelotti, İspaniya çempionatının 38-ci turunun "Betis"lə oyunundan (0:0) sonra onun Madrid təmsilçisindən gedəcəyini təsdiqləyib:
 
"İskonun "Real"dakı karyerası başa çatıb və bu, əla karyera idi".
 
İsko 2013-cü ilin iyulunda "Real" keçib. O, 2021/22 mövsümündə komandanın heyətində 17 oyunda 2 qol vurub. 30 yaşlı ispaniyalı futbolçunun "Real"la müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir.
 
Xatırladaq ki, İskodan öncə Qaret Beylin də bu yay "Real"dan ayrılacağı məlum idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest