Dortmund "Borussiya"sı heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Dortmund təmsilçisi "Köln"dən Salih özcanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Salih özcan 2016-cı ildən "Köln"də çıxış edirdi. O, Türkiyə millisinin də üzvüdür.
 
özcan "Köln"ün heyətində meydana çıxdığı 32 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest