56 yaşlı italiyalı mütəxəssis Stefano Piolinin rəhbərlik etdiyi "Milan" İtaliya çempionu olub və unikal statistik göstərici ilə diqqət çəkib. Matc.az xəbər verir ki, "Milan" 3 xal sistemi tətbiq olunandan bəri A Seriyasında çempionluğu qazanan ən gənc komandadır. 
 
çempionun meydana buraxdığı futbolçuların orta yaşı 26 yaş 97 gün olub.
 
"Rossonyerlər" 2010/11 mövsümündən sonra ilk dəfə İtaliya çempionluğunu qazanıb. Komanda tarixində 19-cu dəfə çempion olub. Bu göstəriciyə görə "Milan" "İnter"ə çatıb. Ən çox qələbə qazanan isə "Yuventus"dur – 36.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest