Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın təlim-məşq toplanışına görə Avropa Konfrans Liqasının final oyununa gedə bilməyəcək

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın təlim-məşq toplanışına görə Avropa Konfrans Liqasının final oyununa gedə bilməyəcək. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "Panorama" nəşrinə açıqlamasında deyib.
 
O, mayın 24-də Azərbaycan millisinin UEFA Millətlər Liqasının oyunları üçün hazırlıq prosesinin start götürəcəyini bildirib:
 
"Tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum".
 
Avropa Konfrans Liqasının Albaniyada keçiriləcək finalında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest