Futbol üzrə Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının yeni prezidenti Adilet Barmenkulov qərar verib.
 
Ancaq dəyişikliyin nə zaman qüvvəyə minəcəyi məlum deyil.
 
Qazaxıstan çempionatında 2021-ci ildən 14 klub mübarizə aparır. 2013-cü ildən həmin vaxtadək əsas liqada 12 komanda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest