"Milan" klubunun baş məşqçisi Stefano Piolinin qızıl medalını azarkeşlər özünə qaytarıblar. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20-25 yaş arası 3 fanat vəkilin müşayiəti ilə Reco-Emiliya şəhərindəki polis idarəsinə gedib.
 
Tərəfdarlar medalı "Sassuolo" ilə matçdan sonra paltardəyişmə otağının yanından tapdıqlarını bildiriblər.
 
"Sassuolo"nu 3:0 hesabı ilə məğlub edən "Milan" 11 ildən sonra İtaliya çempionu olub. Stefano Pioli qızıl medalının çempionluğu bayram edərkən boynundan qoparıldığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest