Albaniyanın paytaxtı Tiranada İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandalarının Avropa Konfrans Liqasındakı final oyunundan öncə azarkeşlər arasında insident baş veriib. Matc.az xəbər verir ki, şəhərdə ən azı üç yerdə baş verən iğtişaşlara görə 10 polis yaralanıb.
 
Hüquq-mühafizə orqanları zorakılıq edən fanatlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. "Roma" tərəfdarları polislərə dəyənək və daşla hücum ediblər. Hər iki komandanın ümumilikdə 60 azarkeşi saxlanılıb.
 
Bundan əlavə, "Feyenoord"un 8 azarkeşi İtaliya müxalifətinin şüarlarını səsləndirən şəxsi stulla döydüyü üçün tutulub. Albaniya vətəndaşı xəstəxanaya aparılıb. Həmçinin Niderland təmsilçisinin 200-dək fanatı rəqib tərəfdarların yerləşdiyi məkana keçmək istəyərkən polislə toqquşub.
 
Bu gün Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest