"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
 
27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildir.
 
Tellur karyerası ərzində "Qəbələ" (2016-2018), "Zirə" (2015/16, 2017-2020) və "Sumqayıt" (2020-2022) klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest