Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. 
 
ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.
 
Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest