"Sabah" FK Aleksey İsayevlə yeni müqavilə bağlayıb.

"Sabah" FK Aleksey İsayevlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimidir.
 
Aleksey İsayev 2020-ci ilin iyul ayından "Sabah"ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest