Futbol üzrə İsveç yığmasının və İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Dünən sol dizindən əməliyyat olunan 40 yaşlı isveçli ulduz futbolçunun 7-8 ay yaşıl meydanda görünməyəcəyi diqqətə çatdırılıb.
 
Daha əvvəl hücumçunun peşəkar səviyyədə çıxışını davam etdirmək istədiyi, lakin hələlik yekun qərar vermədiyi bildirilirdi. Mətbuatda "Milan"ın İbrahimoviçə 2.5 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılıb.
 
Futbolçu karyerasını bitirəcəyi halda dünyasını dəyişən meneceri Mino Rayolanın şirkətində işə başlaya bilər. 
 
Xatırladaq ki, sonuncu dəfə 2010/2011 mövsümündə İtaliya çempionu olan "Milan"ın hücumçusu bu mövsüm yenidən A Seriyasını qazanıb. İbrahimoviç geridə qalan mövsümdə "Milan"ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest