Sabah Qəbələdə futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması keçiriləcək. Matc.az xəbər verir ki, həlledici oyunda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcək.
 
Ağdam təmsilçisi bu gün günorta saatlarında final matçı üçün Qəbələyə yola düşüb.
 
Qeyd edək ki, finalın digər iştirakçısı olan Zirə təmsilçisi ötən gündən Qəbələdədir.

 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest