"Atletiko" və "Mançester Yunayted" komandaları arasında yoxlama oyunu keçiriləcək. Matc.az xəbər verir ki, komandalar yeni mövsümə hazırlıq çərçivəsində üz-üzə gələcək.
 
Oyun iyulun 30-da, Norveçin paytaxtı Oslodakı Ullevol stadionunda keçiriləcək.
 
"Atletiko" 2021/22 mövsümünün sonunda 71 xalla La Liqanı üçüncü sırada bitirib. "Mançester Yunayted" isə 58 xalla Premyer Liqanı 6-cı pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest