Türkiyə millisinin yarımmüdafiəçisi Oğuzhan özyakup "Beşiktaş"dan ayrılıb. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu 10 illik "Beşiktaş" karyerasını sonlandırdığını sosial şəbəkə hesabında açıqlayıb.
 
Oğuzhan 2012-ci ildən İstanbul klubunun uğurları üçün çalışırdı. 2020-ci ildə qısa müddət Niderlandın "Feyenoord" klubunda da icarədə oynamış yarımmüdafiəçi, "qara qartallar"ın heyətində meydana çıxdığı 303 matçda 35 qol vurub.
 
Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi, yığmada 43 oyuna 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest