AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib. Matc.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub.
 
Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Reginal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest