"Real"ın yarımmüdafiəçisi Federiko Valverde çempionlar Liqasını qazanmaq üçün nə etməyə hazır olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, Valverde bu titulu əldə etmək üçün həyat yoldaşını da qurban verə biləcəyini deyib:
 
"Bu, bütün futbolçular üçün unikal kubokdur. Onun üçün mən çox şeyə hazıram. Yalnız oğlumu qurban verməzdim. Bəlkə də, həyat yoldaşımı da qurban verərdim".
 
"Real" çempionlar Liqasının finalında sabah "Liverpul"la qarşılaşacaq.
 
"Kral klubu" 17-ci dəfə çempionlar Liqasının finalına yüksəlib, 13 dəfə turnirin qalibi olub. "Liverpul" tarixində 10-cu dəfə çL-də finala yüksəlib, 6 dəfə mükafata sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest