Belarusun "Qomel" klubu Avropa Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər.

Belarusun "Qomel" klubu Avropa Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər. Matc.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, siyahıda Gürcüstan və Ermənistanın da adları var. Lakin klubun əsas üstünlüyü Azərbaycan və ya Ermənistana verəcəyi gözlənilir.
 
Xatırladaq ki, UEFA Belarus millisinin və klublarının ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynadakı hərbi əməliyyatlarda iştirakı səbəb olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest