Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
 
Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib. 
 
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest