Futbol üzrə Avropa Konfrans Liqasında 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb.

Futbol üzrə Avropa Konfrans Liqasında 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında finalçılar - İtaliya "Roma"sından 4, Niderland "Feyenoord"undan isə 5 oyunçu yer alıb.
 
Digər 2 oyunçu isə Fransanın "Olimpik" (Marsel) və İngiltərənin "Lester Siti" komandası təmsil edir.
 
Qapıçı: Rui Patrisio ("Roma");
 
Müdafiəçilər: Lutsharel Gertruyda, Gernot Traunder (hər ikisi "Feyenoord"), Kris Smollinq ("Roma");
 
Yarımmüdafiəçilər: Tirell Malasiya, Luis Sinisterra (hər ikisi "Feyenoord"), Dmitri Payet ("Marsel"), Kirnan Düsberri-Holl ("Lester Siti"), Lorentso Pelleqrini ("Roma");
 
Hücumçular: Siril Dessers ("Feyenoord"), Temmi Abraham ("Roma").
 
"Roma"nın yarımmüdafiəçisi Lorentso Pelleqrini isə turnirin ən yaxşı futbolçusu seçilib.
 
Xatırladaq ki, Konfrans Liqasının qalibi finalda "Feenoord"a 1:0 hesabı ilə qalib gələn "Roma" olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest