"Qarabağ"ın ötən gün qazandığı Azərbaycan kuboku klubun sahibi Abdolbari Gözələ təqdim edilib. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klubun idman direktoru Emrah çelikel, baş menecer Asif Əsgərov, idarə heyətinin üzvü Fevzihan Aras və Abdolbari Gözəl anı əbədiləşdirmək üçün xatirə şəkili çəkdiriblər. 
 
Xatırladaq ki, "Qarabağ" ötən gün Azərbaycan kubokunun finalında "Zirə"yə qalib gəlib - əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 4:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest