Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda baş məşqçi postu ilə bağlı yekun qərar verilib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda baş məşqçi postu ilə bağlı yekun qərar verilib. Matc.az xəbər verir ki, Zaqreb təmsilçisinin rəhbərliyi Ante çaçiçin postunda qalmasına qərar verib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı xorvat mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, çaçiç bu ilin 21 aprelindən "Dinamo"ya rəhbərlik edirdi. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi bu komanda təcrübəli məşqçinin rəhbərliyi altında cəmi 5 matça çıxıb və bunların 4-də qələbə qazanıb. 1 oyunda da heç-heçə edən zaqreblilər yekunda Xorvatiya çempionu olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest