"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının finalında "Real"a uduzduqları oyun  (0:1) barədə fikirlərini bölüşüb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, alman mütəxəssis oyundan sonrakı açıqlamasında bunları deyib: 
 
"Oyundan sonra baxdım ki, topa sahibolmada bərabər idik. Amma biz qapıya daha çox zərbə vurduq.
 
"Real"ı sevən hər kəsi təbrik edirəm. Biz qol vurmalıydıq, amma vurmadıq. Bu, futbolda ən yaxşı izahatdır.
 
Rəqibin qapıçısı Tibo Kurtua matçın ən yaxşı futbolçusudur. üç dəfə yüz faizlik qol şansımız oldu, amma Kurtua inanılmaz seyvlər etdi.
 
Biz bu nəticəni qəbul edirik".
 
"Real"ın çempionlar Liqasında 14-cü dəfə uğur qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest