çempionlar Liqasının 1/8 final mərhələsininin ilk oyunlarında hakim dəyişikliyi gerçəkləşib. Matc.az xəbər verir ki, UEFA sabah baş tutacaq "Ayaks" - "Real" qarşılaşmasının təyinatlarında dəyişikliyi zəruri sayıb.
öncədən görüş Şimon Marçinyakın başçılıq etdiyi polşalı hakimlərə tapşırılmışdı. Lakin qurum sonradan fikrini dəyişib.
Amsterdamdakı matçı sloveniyalılar idarə edəcək. Matçın baş hakimi Damir Skomina olacaq.