"Real"ın müdafiəçisi Marselo bu yay Madrid klubundan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü məlumat verib.
 
O, çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə bunları deyib: "Bəli, bu, mənim "Real"da son matçım idi".
 
Xatırladaq ki, 34 yaşlı oyunçu 2007-ci ildən Madrid təmsilçisində oynayır. Onun klubla müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
 
"Real"da Marselodan öncə Qaret Beyl və İskonun komandadan ayrılacağı dəqiqləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest