"Real" yarımmüdafiəçisi Luka Modriçlə müqavilənin müddətini uzatmağa qərar verib. Matc.az İspaniya mətbutına istinadən xəbər verir ki, 36 yaşlı xorvatla Madrid klubu arasında şifahi razılıq iki ay əvvəl əldə olunub.
 
Hazırda lazımi sənədlər imzalanır. Modriçin klubla yeni müqaviləsi 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub. Yaxın vaxtlarda müqavilənin yenilənməsi barədə rəsmi məlumat veriləcək.
 
Modriç son mövsümdə "Real"ın heyətində 45 matçda 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest