"Qarabağ" Türkiyənin "Trabzonspor" və "Sivasspor" klublarına təbrik ünvanlayıb. Matc.az xəbər verir ki, Ağdam klubu sözügedən kollektivləri müvafiq olaraq Türkiyə çempionu və Türkiyə kubokunun qalibi olmaları münasibətilə təbrik edib.
 
Klubun sosial şəbəkə hesabındakı paylaşımda bu sözlər qeyd olunub:
 
"Qardaş Türkiyədə Super Liqa çempionu olmuş "Trabzonspor"u, Türkiyə kubokunu qazanmış "Sivasspor"u təbrik edirik!"

Qeyd edək ki, "Qarabağ" özü də bu mövsüm Azərbaycanda həm çempion olub, həm də kuboku qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest