Futbol üzrə İngiltərə çempionşipində pley-off mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, həlledici oyunda "Nottingem Forest" və "Haddersfild" komandaları üz-üzə gəlib.
 
Dünyanın ən bahalı matçı kimi qələmə verilən bu görüşdə rəqibini 1:0 hesabıyla məğlub edən "Nottingem Forest" növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. 
 
"Nottingem Forest" 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb. Daha öncə çempion "Fulhem" və ikinci yerin sahibi "Bornmut" da elitaya vəsiqə qazanmışdı. "Haddersfild" mövsümün əsas hissəsini 3-cü, "Nottingem Forest" isə 4-cü sırada bitirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest