"Almeriya" və "Valyadolid" İspaniya La Liqasına vəsiqə qazanıblar. Matc.az xəbər verir ki, Sequndada bu gün baş tutan mövsümün son turunda "Almeriya" "Leqanes"lə bərabərə qalıb – 2:2.
 
"Valyadolid" isə son oyunda "Hueska"nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla başa vurub. Lakin əlavə göstəricilərdə - şəxsi görüşlərin nəticələrində "Almeriya" "Valyadolid"dən üstün olduğu üçün çempion olub.
 
"Valyadolid" aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. "Almeriya" isə 2015-ci ildən bəri yüksək liqada oynamırdı.
 
"Eybar", "Las Palmas", "Tenerife" və "Jirona" pley-off mərhələsində La Liqaya sonuncu vəsiqə uğrunda oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest