azaxıstan millisinin qapıçısı İqor Şatski UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlığı dəyərləndirib.

azaxıstan millisinin qapıçısı İqor Şatski UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlığı dəyərləndirib. Matc.az xəbər verir ki, qazaxıstanlı qolkiper yerli mətuata açıqlamasında bunları söyləyib:
 
"Hazırlıq məşqçilər korpusunun göstərişlərilə normal gedir. Məşq prossesində böyük dəyişiklik yoxdur. Valeri Sitalo bizi oyunlara normal qaydada hazırlaşdırır. İlk üç gündə funksional olaraq hazırlıq getdi ki, qarşıdakı qısa tsikldə fiziki cəhətdən tam hazır olaq".
 
Şatski Azərbaycan millisi ilə oyunda uğurlu nəticə qazanacaqlarına ümid etdiyini ifadə edib: "Hər bir rəqibə hörmətlə yanaşırıq. Hardasa ehtiyat da edirik. Amma hər şey plana uyğun gedir. Məşqçilər korpusu bizi oyunlara yaxşı hazırlaşdırır. ümidvaram ki, hər şey yaxşı alınacaq".
 
Qazaxıstan yığması iyunun 3-də "Astana Arena"da Azərbaycan milli komandası ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest